Şok və titrəyiş (doktrina)
Şok və titrəyiş (ing. Shock and awe) — “cəld üstünlüyə nail olmaq” konsepsiyasına əsaslanan hərbi doktrina. ABŞ ordusu tərəfindən İraqdakı kampaniya zamanı istifadə edilmişdir. 1996-cı ildə Müdafiə Araşdırmaları və Texnologiyaları İnstitutunun rəhbəri Ceyms Ueyd və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Harlan Ullman tərəfindən hazırlanmışdı.
Hədəf təkcə düşmənin silahlı qüvvələri deyil, həm də “geniş mənada oradakı cəmiyyətdir”.
Müharibə üç fərqli tamaşaçı üçün televiziyada nümayiş etdirilən bir tamaşadır: Amerika tamaşaçıları, düşmən tamaşaçıları və dünyanın qalan hissəsi.
Həm döyüş əməliyyatları, həm də informasiya müharibəsi aparmaq.